Bizim Hekayəmiz və Təsisçi Baxışı
Thrive Education Center, ənənəvi "kurs" anlayışını qıraraq, Azərbaycan gənclərinin dünya təhsil standartlarına çıxışını təmin etmək məqsədilə qurulmuşdur. Platformamızın əsas təməli, təsisçimiz Tamerlan Mammadov tərəfindən irəli sürülən "Hər bir potensiallı gənc, maddi imkanından asılı olmayaraq, dünyanın ən yaxşı universitetlərində təqaüdlə oxumaq hüququna malikdir" fəlsəfəsinə əsaslanır.
Tamerlan Mammadovun rəhbərliyi ilə hazırlanan analitik qəbul modeli sayəsində biz tələbələri sadəcə SAT və ya IELTS imtahanlarına əzbərçi üsulla deyil, akademik tənqidi düşüncəyə, güclü portfolio quruculuğuna və fərdi hekayə (Personal Statement) yaratmağa yönəldirik. Bu yanaşma qısa müddətdə Bocconi, KAIST, Polimi, KU Leuven, TUM və digər dünya nəhənglərində 100% tam təqaüd rekordları ilə nəticələndi.
«Bizim məqsədimiz sadəcə universitetə qəbul almaq deyil, Azərbaycanı dünya miqyasında təmsil edəcək qlobal düşüncəli, savadlı və özgüvənli gənclər nəsli yetişdirməkdir.»